Minsk qrupunun ləğvi tələb olunur - Bəyanat
Tarix: 06-05-2021 14:19 | Bölmə: Xəbərlər
Minsk qrupunun ləğvi tələb olunur

Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk qrupu həmsədrlərinin son birgə açıqlamasına qarşı bəyanatla çıxış edib.

Reyting.az
-ın xəbərinə görə, bəyanatda deyilir:

“Minsk qrupu həmsədrləri yenə riyakarlıq edir, yenidən gündəmə qayıtmaq, ermənipərəst fəaliyyətlərini davam etdirməyə çalışırlar. Onlar son bəyanatlarında Azərbaycan tərəfinin üç erməni hərbçisini sərbəst buraxmasını alqışlayır, prosesin davamlı olmasını istəyirlər. Otuz il ərzində bir dəfə də olsun, 4 min nəfərdən artıq azərbaycanlının erməni əsirliyində olmasını dilə gətirməyən həmsədrlərin bu gün “erməni əsirləri” məsələsini gündəmə gətirməsi özünüifşa və riyakarlıqdan başqa bir şey deyil”.

Bəyanatda qeyd olunur ki, həmsədrlər eyni zamanda Dağlıq Qarabağa sərbəst giriş məsələsini, yəni Ermənistan tərəfdən oraya daxil olmaq istəklərini, üzdəniraq “etimad mühitinin” yüksəldilməsi, onların himayəsi altında siyasi dialoqun bərpa olunması kimi təkliflərini dilə gətirirlər: “Bütün bunlar birmənalı şəkildə ermənilərin istək və tələblərinin ifadəsidir, həmsədrlər yenə də erməni istəklərinin ruporu rolunda çıxış edirlər”.

QAT hesab edir ki, Azərbaycan Minsk qrupu həmsədrlərinin bütün təkliflərini rədd etməli, onların “xidmətləri”ndən imtina etməlidir: “Həmsədr” deyilən erməni təəssübkeşləri rədd olub getməlidirlər, onlara artıq ehtiyac yoxdur. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə möhkəmlənməsinə, Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə öz hakimiyyətinin bərpasına onların mane olmasına imkan verilməməli, Minsk qrupu ləğv edilməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}