16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Tarix: 11-05-2021 11:35 | Bölmə: Xəbərlər
Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

Reyting.az
 xəbər verir ki, Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

***

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Reyting.az
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Rusiya XİN başçısı Bakıda 1941-45 Böyük Vətən Müharibəsi memorial abidəsini də ziyarət edib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}