Bakı metrosunda problem yaranıb
Tarix: 16-06-2021 10:03 | Bölmə: Xəbərlər
Bakı metrosunda problem yaranıb

Metronun “Əhmədli” stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub:

“Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətinə iki dəqiqə vaxt sərf olunub”.

Onun sözlərinə görə, metropolitenin iş rejimində dəyişiklik yoxdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}