14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ölkəmizə uçmalı olan təyyarə problemlə üzləşib
Tarix: 17-06-2021 09:49 | Bölmə: Xəbərlər
Ölkəmizə uçmalı olan təyyarə problemlə üzləşib

Ötən gün Düsseldorf-Bakı çarter reysini həyata keçirəcək təyyarə texniki problemlə üzləşib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, təyyarə Almaniyadan deportasiya ediləcək şəxsləri gətirirmiş.

Almaniyanın müxtəlif əyalətlərindən gecə saatlarında polis və miqrasiya idarəsi əməkdaşlarının müşayiəti ilə birbaşa Düsseldorf hava limanına gətirilən Azərbaycan Respublikasının 50-dən çox vətəndaşı koronavirus testindən sonra təyyarəyə mindirilib.

Səhər saat 06:00-da pilotun texniki qəza bildirişi ilə təyyarə havaya qalxa bilməyib.

Sərnişinlər polis və miqrasiya idarəsinin müşayiəti ilə təyyarədən endirilərək, evlərinə buraxılıblar.

Düsseldorf hava limanından bildirilib ki, texniki problemə səbəb bir quşun təyyarənin motor hissəsinə girməsi olub.

Təyyarədə Almaniyada sığınacaq istəyi rədd edilən və readmisiyya sazişi əsasında vətəndaşı olduqları ölkəyə göndərilən şəxslər olublar.

Təxirə salınan uçuşun iyunun 19-da həyata keçirilməsi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}