Polis iki rayonda nakotacirləri saxlayıb - Fotolar
Tarix: 17-06-2021 11:35 | Bölmə: Xəbərlər
Polis iki rayonda nakotacirləri saxlayıb

Göyçay rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Potu kənd sakini Ayaz Ovçiyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 11 kiloqramdan artıq olan 12 ədəd çətənə kolu aşkar edilib, onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə şəhər sakini, əvvəllər məhkum olunmuş İxtiyar Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 3 ədəd çətənə bitkisi və çətənə bitkisindən kustar üsulla hazırlanmış 15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.



Zaqatala rayonunda da narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Rayon ərazisində hərəkət edən “VAZ-2115” markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Arif Muhumayevin satış məqsədilə üzərində külli miqdarda narkotik vasitə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat zamanı avtomobil dayandırılıb və şəxsi axtarış zamanı A. Muhumayevin üzərində daşıdığı sintetik kisədən 6 kiloqram narkotik vasitə - qurudulmamış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı ərazi üzrə polis şöbələrində cinayət işi başlanılıb, istintaq aparılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}