16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda beşmərtəbəli binada yanğın olub - Video
Tarix: 22-07-2021 11:25 | Bölmə: Xəbərlər
Bakıda beşmərtəbəli binada yanğın olub

Bakıda yaşayış binasında yanğın başlayıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində başlayan yanğın davam edir.



***

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Əlavə məlumat veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}