17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
72 məhkum azadlığa buraxılıb
Tarix: 22-07-2021 12:20 | Bölmə: Xəbərlər
72 məhkum azadlığa buraxılıb

“Bizim müraciətlər əsasında 72 məhkum azadlığa buraxılıb, 3 nəfər ömürlük məhkumun cəzaçəkmə müddəti 25 ilə endirilib, həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılıb”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Səbinə Əliyeva əlavə edib ki, bu çox müsbət praktikadır və bunu çox yüksək dəyərləndirirlər: “Buna görə də biz Prezidentə insan hüquqlarının qorunmasında humanist siyasətinə, eyni zamanda Novruz bayramı ərəfəsində neçə-neçə məhkumu, onların ailələrini və bütövlükdə hamımızı sevindirdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}