17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sabirabadda polis serjantı qadını qətlə yetirib
Tarix: 23-07-2021 12:07 | Bölmə: Xəbərlər
Sabirabadda polis serjantı qadını qətlə yetirib

İyulun 22-i, saat 13 radələrində Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, Sabirabad Rayon Prokurorluğunun məlumatına görə, prokurorluq və polis əməkdaşlarının kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb.

Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bildirilir ki, Əliağa Sultanov Sabirabad Regional Mühafizə Şöbəsinin serjantıdır. Onun qətl hadisəsini xidmətdən kənar vaxtı törətdiyi müəyyən olunub.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}