14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Restoran rəhbəri məsuliyyətə cəlb olunub
Tarix: 24-07-2021 10:45 | Bölmə: Xəbərlər
Restoran rəhbəri məsuliyyətə cəlb olunub

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, tədbirlər zamanı “Modern Park” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı sarayın inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}