16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Külli miqdarda narkotik vasitə aşkarlanıb - Foto
Tarix: 24-07-2021 10:58 | Bölmə: Xəbərlər
Külli miqdarda narkotik vasitə aşkarlanıb

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində külli miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reytiing.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev çalışdığı avtoyuma məntəqəsinin qarşısında saxlanılıb. Onun üzərinə və çalışdığı avtoyuma məntəqəsinə baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E. Ağayev narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyi etiraf edib.

Digər bir uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında və kultivasiyasında şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov da saxlanılıb.

Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı V. Qədirov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışı həyata keçirdiyini etiraf edib.

Faktlarla bağlı hər iki şəxs barəsində Salyan RPŞ-inin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}