Nazirlik bu məktəb və müəllimlərə qrant ayırıb - Siyahı
Tarix: 02-08-2021 12:33 | Bölmə: Xəbərlər
Nazirlik bu məktəb və müəllimlərə qrant ayırıb

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib.

Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.

“Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qrant qazanan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz.

My Webpage

My Webpage

Müsabiqə nəticələrindən narazı qalan müraciətçilər 16 avqust 2021-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına ad-soyad, əlaqə nömrəsi, təqdim etdikləri layihənin adı, kateqoriyası və nominasiyasını göndərərək apellyasiya müraciəti edə bilərlər.

Qeyd edək ki, 2 avqust saat 15:00-da “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələrinə həsr olunmuş vebinar keçiriləcək. Vebinarı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}