Türkiyədəki meşə yanğınlarına görə həbs edilən var
Tarix: 04-08-2021 00:42 | Bölmə: Xəbərlər
Türkiyədəki meşə yanğınlarına görə həbs edilən var

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər – 16 yaşlı C.Y. saxlanılıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları odun anbarına, dülgər sexinə, bir sıra evlərə və meşəyə ziyan vuran yanğınla əlaqədar araşdırmaya başlayıb. Toplanmış sübutlar və ətrafdakı təhlükəsizlik kameralarının yoxlanılması zamanı əldə olunan dəlillərlə hadisənin C.Y. tərəfindən törədildiyi müəyyənləşdirilib.

O, ötən cümə günü polis əməkdaşları tərəfindən yaxalanıb və 4 gün sorğu-sual olunub. Şübhəli şəxs dünən məhkəmənin qərarı ilə "meşəni qəsdən yandırmaq" ittihamı ilə həbs edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}