Müəllimlərin işə qəbulunun sonuncu test imtahanıdır
Tarix: 04-08-2021 10:17 | Bölmə: Xəbərlər
Müəllimlərin işə qəbulunun sonuncu test imtahanıdır

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Təhsil Nazirliyinin məlumatına görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}