14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Səfirlik: “İranlı sürücüləri azad edin”
Tarix: 22-09-2021 23:32 | Bölmə: Xəbərlər
Səfirlik: “İranlı sürücüləri azad edin”

Sentyabrın 15-də iki iranlı sürücünün Azərbaycan hakimiyyəti tərəfindən saxlanılması həqiqətdir və İran İslam Respublikasının Bakıdakı səfirliyi vəziyyəti ardıcıl olaraq izləyir.

Reyting.az
xəbər verir ki, bunu İranın Ermənistan Respublikasındakı səfirliyi bildirib.

Açıqlamada deyilir: "İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin açıqladığı kimi, İran vətəndaşlarının dərhal azad edilməli olduğunu düşünür. Sentyabrın 12-dən etibarən yaranmış vəziyyətlə əlaqədar olaraq, iranlı sürücülərdən maliyyə xərcləri alınır və İran yük maşınlarının hərəkəti ləngiyir.

İran İslam Respublikasının müxtəlif sahələrdə məsul orqanları bu problemi həll etmək üçün bütün tərəflərlə əlaqə saxlayıblar.

Proses İran və Ermənistan Respublikası arasında ticarətin pozulmasının qarşısının alınması, İran vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, nəqliyyatla bağlı problemlərin azaldılması və Ermənistan ərazisində alternativ yolların mövcudluğu məqsədi ilə davam edir.

Ümid edirik ki, İran və Ermənistan tərəflərinin səyləri sayəsində bu məqsədlərə ən qısa zamanda çatılacaq, iki ölkə arasında ticarət əlaqələrinin müsbət istiqamətinin davam etməsi təmin olunacaq, iqtisadi qurumların nümayəndələrinə və vətəndaşlara qoyulan xərclərin qarşısı alınacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}