16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dünya üzrə koronavirusa yoluxma sürətlə artır
Tarix: 24-09-2021 08:48 | Bölmə: Xəbərlər
Dünya üzrə koronavirusa yoluxma sürətlə artır

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 230 milyonu ötüb.

Reyting.az
xəbər verir ki, ayrı-ayrı ölkələrin müvafiq dövlət orqanlarının statistikasına əsasən, təhlükəli infeksiyaya yoluxma halları 230 985 679-ə çatıb.

COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb - 43 404 877. Birləşmiş Ştatlar COVID-19-dan ölüm hallarının sayına görə də dünyada birinci yerdədir.

Virusa yoluxma halları üzrə siyahıda sonrakı yerlərdə Hindistan (33 563 421), Braziliya (21 283 567), Böyük Britaniya (7 530 103), Rusiya (7 354 995), Fransa (6 971 493), Türkiyə (6 932 453), İran (5 493 591), Argentina (5 245 265) və digər ölkələr qərarlaşıb.

Rəsmi məlumatlara görə, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 4 734 917 insan ölüb. COVID-19-dan sağalanların sayı 207 693 605 nəfər təşkil edir. Hazırda 18 557 157 nəfər kronavirusdan müalicə olunur.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}