Bakı sakinlərinə yenidən xəbərdarlıq edilib
Tarix: 24-09-2021 09:15 | Bölmə: Xəbərlər
Bakı sakinlərinə yenidən xəbərdarlıq edilib

Vətəndaşlarımızın koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}