16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Vilayət Eyvazov daha iki bölməyə rəis təyin edib
Tarix: 24-09-2021 11:58 | Bölmə: Xəbərlər
Vilayət Eyvazov daha iki bölməyə rəis təyin edib

Sumqayıt şəhər Polis İdarəsində yeni təyinatlar olub.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin rəisi, polis kapitanı Xalid Günəsov tutduğu vəzifədən azad edilərək 3-cü polis bölməsinin rəisi təyin edilib.

Vilayət Eyvazovun digər əmri ilə Sumqayıt şəhər Polis İdarəsi rəisinin köməkçisi, polis polkovnik -leytenantı Bəhruz Musayev isə 2-ci polis bölməsinin rəisi təyin edilib/Lent.az.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}