16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yazıçı Mahir Qabiloğlu təltif olunub - Fotolar
Tarix: 16-10-2021 11:21 | Bölmə: Xəbərlər
Yazıçı Mahir Qabiloğlu təltif olunub

Yazıçı, publisist, jurnalist Mahir Qabiloğlu “Azərbaycan Sərhəd mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bununla bağlı əmr imzalayıb. Mahir Qabiloğluya medalı Xidmət rəisinin müavini, general-leytenant Əfqan Nağıyev təqdim edib.

M. Qabiloğlu Reyting.az-a deyib ki, 1985-1987-ci illərdə Sərhəd Qoşunlarında xidmət edib. Sonrakı illərdə AzTV-nin “Xəbərlər” proqramının müxbiri kimi sərhəd sahəsində əldə edilən nailiyyətləri, keçirilən tədbirləri mütəmadi olaraq işıqlandırıb. Qəzet və saytlarda sərhədçilər və sərhəd həyatı haqqında silsilə müəllif yazılarıyla çıxış edib. Bu fəaliyyətinin nəzərə alınıb qiymətləndirildiyinə görə o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə minnətdarlığını bildirib. O, müqəddəs və toxunulmaz sayılan dövlət sərhədlərimizin qorunmasında doğma saydığı sərhəd qoşunlarının general, zabit, əsgər heyətinə böyük uğurlar arzulayıb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}