Qubada ağır qəza: 4 nəfər həyatını itirib - Fotolar
Tarix: 17-10-2021 09:31 | Bölmə: Xəbərlər
Qubada ağır qəza: 4 nəfər həyatını itirib

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Quba rayonunun Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi 90-ZV-745 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını da xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən qəza barədə məlumat yayıb.

Reyting.az bildirir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}