Füzuli rayonunda silah-sursat aşkar edilib - Fotolar
Tarix: 17-10-2021 15:20 | Bölmə: Xəbərlər
Füzuli rayonunda silah-sursat aşkar edilib

İşğaldan azad olunandan sonrakı müddətdə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində zəruri olan bütün tədbirləri yerinə yetirib, təhlükəsizliyin təmin edilməsi istiqamətində lazımi işlər görülüb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, işğaldan azad edilən zaman düşmənin atıb qaçdığı silah-sursatların aşkar edilməsi istiqamətində görülən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən 38 müxtəlif təyinatlı raket sistemləri, 39 avtomat, 9 pulemyot, 14 qumbaraatan, 118 qumbara, minaatan qurğusu, xeyli sayda müxtəlif çaplı mərmi və minlərlə güllə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilmiş kompleks tədbirlər nəticəsində işğaldan azad edilmiş Qacar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 217 kiloqram olan 1 263 çətənə bitkiləri yığılaraq məhv edilib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}