Çin ordusu ABŞ kəşfiyyatına müharibə elan edib
Tarix: 18-10-2021 17:28 | Bölmə: Xəbərlər
Çin ordusu ABŞ kəşfiyyatına müharibə elan edib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Çini izləmək və nəzarətdə saxlamaq məqsədi ilə yaratdığı “Çin missiyası”nı ictimailəşdirdikdən sonra Çin ordusu MKİ-nin əməliyyatlarına qarşı “xalq müharibəsi” çağırışı edib.

Reyting.az
xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun gündəlik nəşr edilən qəzeti ABŞ kəşfiyyatının Pekinə qarşı əməliyyatlarını genişləndirməsindən yazarkən belə bir çağırışa yer verib.

“South China Morning Post” (SCMP) qəzeti yazır ki, MKİ-nin Pekinə qarşı yeni missiya qurmasına reaksiya olaraq belə bir qərar verilib.

Xarici medianın məlumatına görə, Çinin sosial şəbəkəsi - Veiboda rast gəlinən müraciətdə “Açıq-açığına xüsusi agentlər toplayan ABŞ-ın kəşfiyyat təşkilatı daha məkirli və dözülməz üsulları dəyərləndirir. Heç bir hiyləgər tülkü yaxşı ovçunu məğlub edə bilməz. Milli təhlükəsizliyi mühafizə etmək üçün sadəcə xalqa güvənməyimiz və inanmağımız lazımdır”,- bildirişi yayılıb. Hesabda Amerika kəşfiyyatına qarşı çıxmaq və casusların ölkədə fəaliyyət göstərməsini və maskalanmasını qeyri-mümkün etmək üçün “xalq savaşı”nın vacibliyi vurğulanır.

Məlumat üçün qeyd edək ki, ötən həftə MKİ-nin direktoru U. Burns təşkilatın quruluşunda dəyişikliklər etdiklərini və bu dəyişikliklər çərçivəsində yalnız Çinin fəaliyyətlərinə diqqət yetirmək üçün Çin Missiya Mərkəzi qurduqlarını açıqlayıb. Burns Çini XXI əsrin “ən əhəmiyyətli geosiyasi təhdidi” kimi xarakterizə edib.

Hazırda Vaşinqton Çinin artan təhdidini nəzarətdə saxlamaq üçün hərtərəfli hörümçək toru qurur. Bura həm kəşfiyyat, həm informasiya, həm də sahədə aparılan işlər daxildir. Burada Çinin texnoloji inkişafı, ələlxüsus insan zəkası ilə yaradılan müasir avadanlıqların Çin tərəfindən oğurlanıb sürətinin çıxarılması və inkişaf etdirilməsinin qarşısını almaq niyyəti var.

Onu da qeyd edək ki, Vyanda Çin və ABŞ-ın yüksək çinli diplomatları 6 saat müzakirə aparsalar da, müsbət nəticə əldə edilməyib. Ehtimal olunur ki, Romada baş tuatacaq “Böyük irmiliyin” toplantısında hər iki dövlətin başçısı bir daha müzakirə aparacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}