14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İctimai fəalı polis bölməsinə aparıblar
Tarix: 18-10-2021 17:46 | Bölmə: Xəbərlər
İctimai fəalı polis bölməsinə aparıblar
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev yenidən saxlanılıb. Reyting.az “Turan”a istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov bazar ertəsi axşam bildirib.

Oktyabrın 18-də Hacıyev Facebook səhifəsində yazıb ki, Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Fəalın bildirdiyinə görə, artıq bir neçə aydır ki, hüquq-mühafizə və məhkəmə orqanları ona qarşı "mənəvi terror" kampaniyası aparırlar.

Səfərovun məlumatına görə, Hacıyev aksiya yerinə gedərkən yolda saxlanılıb və hazırda Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsindədir.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}