Metroda aktiv koronavirus xəstəsi saxlanılıb
Tarix: 19-10-2021 16:42 | Bölmə: Xəbərlər
Metroda aktiv koronavirus xəstəsi saxlanılıb

Bakı metrosunun "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}