14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Facebook"un adını dəyişdirməyi planlaşdırırlar
Tarix: 20-10-2021 08:48 | Bölmə: Xəbərlər
"Facebook"un adını dəyişdirməyi planlaşdırırlar

Gələn həftə "Facebook"un adı dəyişdiriləcək.

Bu barədə “Verge” portalı məlumat yayıb.

Qeyd olunur ki, "Facebook" “metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır.

"Facebook"un rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.

Xatırladaq ki, "Facebook" sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin "Rekordlar" kitabına düşüb.

Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. "Facebook" messencer, vatsap və instaqram xidmətlərinə də sahibdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}