14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb
Tarix: 21-10-2021 15:31 | Bölmə: Xəbərlər
Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Baş Prokurorluq Xudatda məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}