Meşəyə qənim kəsilən şəxs saxlanılıb - Fotolar
Tarix: 02-12-2021 08:19 | Bölmə: Xəbərlər
Meşəyə qənim kəsilən şəxs saxlanılıb

Balakən rayonu İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildiriblər ki, daxil olmuş məlumatla əlaqədar Baləkən Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanovu qısa müddət ərzində müəyyən edərək saxlayıblar. Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}