Almaniyada 218 azərbaycanlının işi məhkəməyə göndərilib
Tarix: 04-12-2021 15:56 | Bölmə: Xəbərlər
Almaniyada 218 azərbaycanlının işi məhkəməyə göndərilib

Almaniyada icazəsiz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşının işi məhkəməyə göndərilib.

Almaniya Federal Kriminal İdarəsindən bildirilib ki, Almaniya Federativ Respublikasının Miqrasiya Qanununun müvafiq bəndlərini pozaraq ölkədə qanunsuz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşı haqqında toplanmış materiallar yerli idarə məhkəmələrinə göndərilib. Həmin şəxslər Azərbaycanla Avropa İttifaqı arasında bağlanan “Readmisiya sazişi”nə əsasən ölkələrinə göndəriləcəklər.

Məlumat üçün bildirək ki, bu ilin noyabr ayında readmissiya haqqında saziş çərçivəsində 43 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}