16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İnformasiya müharibəsi davam edir - İqtisadçı ekspert
Tarix: 04-12-2021 20:33 | Bölmə: Xəbərlər
İnformasiya müharibəsi davam edir

İnformasiya müharibəsi müasir dünyada qlobal miqyasda sürətlə böyüməkdədir.

Real müharibədən fərqli olaraq informasiya savaşı evləri, insanları hədəf almır, dövlətlərin nüfuzunu gözdən salmağa, dövlətin rəhbərliyindən, ordusundan tutmuş cəmiyyətdə tanınmış ictimai xadimlərinə, aydınlarına qədər, bütün sahələri hədəf alıb bütün mövqelərini sarsıdır.

44 günlük Vətən müharibəsi zamanı meydanda əzilib məğlub olan düşmənlərimiz artıq ikinci cəbhə açaraq bizimlə informasiya müharibəsinə başlayıb. İstənilən zaman sosial şəbəkələrdə, xəbər saytlarında, bir çox məlumat mərkəzli xəbər portallarında, bunu açıq şəkildə görmək olur. Misal üçün, harda qeydiyyatdan keçdiyi naməlum olan yüzlərlə xəbər saytı bir silah kimi dayanmadan “atəş” açır. Bu aramsız atəşlərin hədəflərinə baxaq. Birinci və əsas hədəf qələbəmizi gözdən salmağa hesablanıb ki, bunların da məkrli niyyəti, varlıqları çox aydın şəkildə görünür.

1. Ermənilər Qarabağda evlər tikir. Qarabağda filan yerdə ermənilər bayram keçirdi. Və sair.

2. Müharibə iştirakçıları etiraz aksiyaları keçirir. Filan rayonda şəhid ailəsi haqsızlıqla üzləşib,- kimi qələbəmizi gözdən salan xəbərlər.

3. Yüz minlərlə insanın əlilliyi ləğv edildi, yüz minlərlə sosial müavinətlər dayandırıldı.

4. Hansı rayonlarda işsizlik səviyyəsi daha yüksəkdir,- kimi başlıqlarla əhali arasında bədbinlik yaratmağa çalışırlar.

5. Filan rayonda məmur qazini təhqir etdi, filan rayonda məmur şəhid ailəsini qapıdan qovdu,- kimi dövlət və xalq münasibətlərinə zərərli başlıqlar.

Və sair bu tip yazılardan aydın olur ki, artıq düşmən ölkə miqyasında qlobal informasiya savaşı aparır və bu müharibədən də qalib çıxmaq üçün elə Vətən müharibəsində olduğu kimi sıx şəkildə xalq-dövlət birliyinə davam edilməli, ictimaiyyət doğru-düzgün məlumatlandırılmalı, dövlətin və hökumətin sosial iqtisadi yöndə atdığı bütün addımları barədə vaxtlı-vaxtında xəbər verməlidir.

Bütün tədbirlər dolğun işıqlandırılmalı, ictimai birliklərin bütün tədbirləri, xeyirxah addımlar media vasitəsilə hər kəsə qərəzsiz və obyektiv şəkildə çatdırılmalıdır.

Ölkəmiz Zəfər müharibəsindən sonra dünyanın diqqət mərkəzində olan azsaylı ölkələrdən birinə çevrilib və artıq dünya üzrə bir çox ölkələrlə mədəni iqtisadi və digər əməkdaşlıq sahəsində əhatə dairəsini sürətlə genişləndirməkdədir. Bu nəhəng uğurları hədəf alan və ölkə imicinə zərrəcə xələl gətirən hər nəsnə vaxtında aşkarlanıb tədbir görülməlidir. Bu gün dünyada inkişaf etmiş ölkələr artıq media vasitəsilə qüdrət əldə etməkdədir. Medianın apardığı təbliğat sayəsində günü gündən güclənir.

“Gəlin bir olaq, Güclü olaq!” şüarı ilə daha güclü bir Azərbaycan üçün daima bir olaq. Biz birlikdə güclüyük!

Sənan QACAR
İqtisadçı ekspert




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}