Keçən il itən yeniyetmə bu il tapılıb
Tarix: 12-01-2022 10:38 | Bölmə: Xəbərlər
Keçən il itən yeniyetmə bu il tapılıb

Bir aydan artıq müddətdə qaldığı yataqxanadan yoxa çıxmış yeniyetmə Saxalinin Dolinski rayonunda sağ və salamat tapılıb.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxalin vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Saxalin adasının istintaq komitəsi hələ ay yarım bundan əvvəl 17 yaşlı yeniyetmənin itkin düşməsi ilə bağlı cinayət işi qaldırmışdı. O, internat məktəblərin birinin yataqxanasından özbaşına çıxıb getmiş və özü haqqında heç bir məlumat vermirdi. Aparılan istintaqın gedişində və keçirilən axtarış tədbirlərinin nəticəsində yeniyetmə adanın Dolinski rayonunda aşkar edilib və müvafiq dövlət müəssisəsinə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}