16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əbdürrəhman Vəzirov Moskvada dəfn olunub - Fotolar
Tarix: 12-01-2022 14:54 | Bölmə: Xəbərlər
Əbdürrəhman Vəzirov Moskvada dəfn olunub

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunub.

Reyting.az
xəbər verir ki, o, Troekurovskoe qəbristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

***

Moskva şəhərinin Troekurov qəbiristanlığında Azərbaycanın keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilir.

Məlumata görə, mərasimdə Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib.

Sonra Quran ayələri oxunub.

Ə.Vəzirov sağlığında həyat yoldaşı İrinanın yanında dəfn olunmağı vəsiyyət edib.

1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb/Report.

Allah rəhmət eləsin!









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}