16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan: "Qafqazda yeni dönəmə girdik"
Tarix: 13-01-2022 16:00 | Bölmə: Xəbərlər
Ərdoğan: "Qafqazda yeni dönəmə girdik"

“Azərbaycan ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəmə girdik. Ermənistanla normallaşdırma prosesi başlatmışıq. Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibət qurması önəm kəsb edir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə iclasda deyib.

Ərdoğan daha sonra Avropa İttifaqını Kipr məsələsində qərəzli olmaqda ittiham edib.

Prezident bildirib ki, Kipr məsələsinin adadakı reallıqlar əsasında bütün tərəflərin xeyrinə olacaq şəkildə həlli üçün Şimali Kipr Türk Respublikası ilə birgə çalışmağa davam edirlər: "Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması həllin qabağını açacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}