Ermənistan XİN: "Türkiyə ilə sərhədlərin açılmasını gözləyirik”
Tarix: 13-01-2022 16:41 | Bölmə: Xəbərlər
Ermənistan XİN: "Türkiyə ilə sərhədlərin açılmasını gözləyirik”

“Ermənistan dialoq nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını gözləyir”.

“Armenpress” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan iki ölkənin xüsusi nümayəndələrinin yanvarın 14-də planlaşdırılan görüşü barədə söyləyib.

O qeyd edib ki, Türkiyə hökuməti ilkin şərtlər olmadan dialoqa başlamaq yanaşmaısını dəstəkləyirlər.

Diplomat bildirib ki, xüsusi nümayəndələrin ilk görüşü tanışlıq xarakteri daşıyacaq: “Bir görüşdən mühüm nəticələr gözləmək çətindir, ancaq bu prosesi işə salacaq”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}