Qazaxıstandan Minskə 10 avialayner uçub
Tarix: 14-01-2022 10:26 | Bölmə: Xəbərlər
Qazaxıstandan Minskə 10 avialayner uçub

Göyərtəsində Belarusun sülhyaratma qüvvələrinin olduğu 10 avialayner Qazaxıstandan Minsk vilayətinə uçuş edib.

Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Xəbərdə qeyd olunur ki, bundan sonra KTMT üzvü olan Tacikistan və Ermənistan sülhməramlıları Rusiyanın hərbi-nəqliyyat aviasiyası ilə daimi dislokasiya məntəqələrinə çatdırılacaq. Qırğızıstandan olan hərbi kontingent isə özlərinə məxsus hərbi texnika ilə daimi dislokasiya yerinə marş həyata keçirir.

Nazirlik onu da nəzərə çatdırır ki, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı burada çalışan rusiyalıların ölkədən çıxarılması dayandırılıb.

Qeyd edək ki, etiraz aksiyaları və iğtişaşlar səbəbindən bu ölkədəki Rusiya vətəndaşları sülhməramlı qüvvələrin hərbi kontingentinə təxliyyə olunmaları xahişi ilə müraciət etmişdi. Həmin günlərdə RF-nin hərbi aviasiyası 2 mindən çox rusiyalını və əcnəbini Moskvaya çatdırmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}