14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Mal-qara oğurlayan şəxslər saxlanılıb
Tarix: 15-01-2022 12:24 | Bölmə: Xəbərlər
Mal-qara oğurlayan şəxslər saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib. Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər sakini –Vüsal Nəbiyev, Elməddin Qocayev və İsa Məmmədov cinayətdə şübhəli bilinərək saxlanılıblar. Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər. Tədbirlərin davamı olarq həmin iribuynuzlu heyvanlar satılan şəxsdən götürülərək sahibinə qaytarılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}