Üç azyaşlı Azərbaycanın dövlət sərhəddini pozub
Tarix: 18-01-2022 00:02 | Bölmə: Xəbərlər
Üç azyaşlı Azərbaycanın dövlət sərhəddini pozub

Yanvarın 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhəddini pozublar. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıbar.

Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirib və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər. Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.

Qısa müddət ərzində azyaşlıların İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}