17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Admiralın “qələti” istefası ilə nəticələnib - Foto
Tarix: 23-01-2022 11:12 | Bölmə: Xəbərlər
Admiralın “qələti” istefası ilə nəticələnib
Kay-Axim Şönbax

“Krım heç vaxt Ukraynaya qaytarılmayacaq”, - deyən alman vitse-admiral istefaya göndərilib.

“Die Welt” nəşrinin bu gün yayımladığı məlumatda bildirilir ki, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikov bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Axim Şönbaxın istefa verməsindən məmnun qaldıqlarını və bu faktı alqışladıqlarını açıqlayıb.

Xatırladaq ki, dünən Reyting.az-ın da xəbər verdiyi kimi, söhbət beynəlxalq konfransdakı çıxışında Krımın heç vaxt Ukrayna torpağı olmayacağını bəyan etməklə bir anda “məşhurlaşan” vitse-admiraldan gedir. O, sonradan bunun şəxsi mövqeyi olduğunu desə də, istefası qaçılmaz olub.


Andrey Melnikov

Səfir Melnikov Almaniya hökumətinə məsləhət görüb ki, gələcəyə yönəlik siyasətlərini ciddi korrektə etsinlər, çünki bu insident özündən sonra “bir yığın qəlpə buraxıb”: “Şönbaxın açıqlaması bütün Ukrayna cəmiyyətini “dərin şoka salıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}