16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Goranboyda ağır qəza: ölənlər və xəsarət alanlar var - Yenilənib
Tarix: 23-01-2022 17:38 | Bölmə: Xəbərlər
Goranboyda ağır qəza: ölənlər və xəsarət alanlar var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü Aybəniz Tanrıverdiyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva həyatını itirib.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

***

Goranboyda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan daha biri dünyasını dəyişib.

APA-nın məlumatına görə, yol qəzasında ağır xəsarətlər alan 1972-ci il təvəllüdlü Dilarə Əliyeva xəstəxanada vəfat edib.

Bununla da, qəzada ölənlərin sayı 3-ə çatıb.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}