17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Omicron”dan daha yoluxucu virus yayıla bilər
Tarix: 23-01-2022 22:06 | Bölmə: Xəbərlər
“Omicron”dan daha yoluxucu virus yayıla bilər

Koronavirusun gələcək ştammları “Omicron”dan daha yoluxucu ola bilər.

Reyting.az
-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove təşkilatın sosial şəbəkələrdə yayımladığı proqramında çıxışı zamanı deyib.

Ekspert əlavə edib ki, bu virus nə qədər çox yayılsa, bir o qədər çox dəyişikliklər baş verəcək: “Omicron” müzakirə edəcəyimiz son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran variantların olması daha çox real görünür. Koronavirusun yeni ştammlarının xassələri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar”.

ÜST təmsilçisi bildirib ki, yeni ştammlar daha çox və ya daha az şiddətli xəstəliyə səbəb ola, eyni zamanda toxunulmazlıqdan çıxa bilər: “Omicron” hələ də təhlükəlidir və zəif hesab edilməməlidir”.(APA)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}