17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ Rusiyaya güzəştə getməkdən imtina edib - Prays
Tarix: 25-01-2022 09:29 | Bölmə: Xəbərlər
ABŞ Rusiyaya güzəştə getməkdən imtina edib
Ned Prays

Ağ Ev təhülkəsizliklə bağlı məsələdə Rusiyaya güzəştə getməkdən imtina edib.

Reyting.az
“RİA Novosti”yə istinadla bildirir ki, belə bir açıqlamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays verib.

N. Prays deyib ki, ABŞ administrasiyası Rusiyanın təhlükəsizliyə təminat təkliflərini nəzərdən keçirib və bu məsələdə hər hansı güzəştə getməyə hazırlaşmır. “İkitərəfli danışıqlar yalnız qarşılıqlı addımlar əsasında ölü nöqtəsindən tərpənə bilər”.

Cənab Praysın sözlərinə görə, Ağ Evin atacağı istənilən xarakterli addımlar qarşılıqlı anlaşmaya söykənəcək. Bu məsələdə Rusiyaya heç bir güzəştə getməyəcəklərini və bunun həlledici məqam olduğunu diqqətə çatdıran diplomat izah edib ki, Avropada təhlükəsizliyin təminatı üçün Rusiya Federasiyası hansısa addımlar atmalı olacaq.

Departament rəsmisi həmçinin bildirib ki, Vaşinqton konkret tədbirər görmədən öncə qərbli tərəfdaşları, o cümlədən, Ukrayna ilə hərtərəfli məsləhətləşmələr aparacaq. Bundan əlavə, N. Prays qeyd edib ki, Ağ Ev Ukrayna ətrafında gərginliyin mümkün artması fonunda son həftələr istisnasız olaraq dialoq və diplomatiya yolunu tutub. Diplomat onu da xüsusi olaraq vurğulayıb ki, ABŞ bu mövqeyini davam etdirməyi planaşdırır, amma bu zaman hadisələrin fərqli inkişafına da hər an hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}