17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Hökumət bayrağı 14 milyon dollara satın alıb
Tarix: 25-01-2022 11:05 | Bölmə: Xəbərlər
Hökumət bayrağı 14 milyon dollara satın alıb

Avstraliya hökuməti aborigenlərin milli bayraqlarına olan hüququnu pulla əldə edib.

Reyting.az
-ın xəbərinə görə, “ABC News” telekanalı bildirib ki, Avstraliya hakimiyyəti bu ölkənin qədim yerli sakinlərinin bayrağını 14 milyon dollara (20 milyon avstraliya dolları) satın alıb və indi ondan dövlətin milli bayrağı kimi sərbəst şəkildə istifadə etrmək mümkün olacaq.

Bayrağın dizaynı qırmızı və qara rəngdə iki zolaqdan, mərkəzdə sarı dairədən ibarətdir. Rəssam Garold Tomasın işlədiyi bu bayraq 2018-ci ildə aborigenlərə dəxli olmayan “WAM Clothing” şirkəti tərəfindən satın alınmışdı. Telekanalın məlumatına görə, bayrağın təsvirindən istənilən xarakterli istifadə zamanı bu firma xüsusi ödəniş və icazə tələb edirmiş.

Avstraliyanın baş naziri Slott Morrison bəyan edib ki, indi bayraqdan istifadə hamı üçün pulsuzdur, amma ona dövlətin atributu kimi eyni hörmət və ləyaqətlə yanaşmaq lazımdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}