16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məşhur aktyorun oğlu özünə qəsd edib
Tarix: 25-01-2022 16:30 | Bölmə: Xəbərlər
Məşhur aktyorun oğlu özünə qəsd edib

Amerikalı məşhur aktyor Maykl Medsenin iyirmi altı yaşlı oğlu Xadson özünə qəsd edib.

Reyting.az
xəbər verir ki, “The Sun” nəşrinin yaydığı məlumatda deyilir: “Həm də dünyaca məşhur rejissor Kventin Tarantinonun xaç oğlu sayılan Xadson həyat yoldaşı Karli ilə birlikdə yaşadığı Havay adalarında belə bir addım atıb”.

“Biz təsdiqləyə bilərik ki, 26 yaşlı Xadson Li Medsen odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Onun Oaxu adasında özünə qəsd etdiyindən şübhələnirik”, - Qonolulu şəhər məhkəmə-tibb departamentinin mətbuat katibi belə bir açıqlama verib.

Xəbərlərdə o da qeyd olunur ki, dünyasını dəyişmiş Xadsonun anası DeAnna Morqan dəfn tədbirlərini görmək üçün artıq Havaya yola düşüb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}