16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Azərpoçt”un sabiq şöbə müdirinə cinayət işi açılıb
Tarix: 17-05-2022 12:30 | Bölmə: Xəbərlər
"Azərpoçt”un sabiq şöbə müdirinə cinayət işi açılıb

“Azərpoçt”un sabiq şöbə müdirinə cinayət işi açılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 12.07.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək olan müddət ərzində şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılılıb.

Hazırda iş üzrə istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}