14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Moldova MDB-ni tərk edə bilər
Tarix: 17-05-2022 19:01 | Bölmə: Xəbərlər
Moldova MDB-ni tərk edə bilər

Ukraynada müharibə başa çatdıqdan sonra Moldova Respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olaraq qalıb-qalmayacağına qərar verməlidir.

Bunu Moldova parlamentinin sədri İqor Qrosu ölkə radiosuna müsahibəsində deyib.

Parlament sədri bildirib ki, Moldova MDB-yə üzvlüyün müsbət və mənfi tərəflərini hesablayıb siyasi qərar verməlidir.

“Hazırkı vəziyyətdə MDB çərçivəsində baş verən tədbirlərdə iştiraka ehtiyac görmürük. Bu təşkilatla davam edib-etməməklə bağlı, düşünürəm ki, siyasi müzakirələrimiz olmalıdır. Müharibə bitdikdən və vəziyyət sabitləşdikdən sonra biz qərar verə bilərik. Çünki bu təşkilata üzvlüyün mənfi və müsbət tərəflərini diqqətlə hesablamalıyıq. Bir məsələ dəqiqdir: indi istehsalçılarımız şərab və digər məhsullara qoyulan embarqodan dərs götürdülər. Bu, bizi başqa bazarlar tapmağa vadar etdi. İndi məhsullarımızın 70%-i Avropa ölkələrinə gedir. Bu, böyük, sabit bazardır. Ən yaxşı yol ixracı şaxələndirmək və sabit bazarlara istiqamətləndirməkdir, ən sabit bazar isə Aİ bazarıdır”, - Moldova parlamentinin spikeri qeyd edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}