Zəngəzur dəhlizi Türkiyədə müzakirə olunub
Tarix: 17-05-2022 19:23 | Bölmə: Xəbərlər
Zəngəzur dəhlizi Türkiyədə müzakirə olunub

Türkiyənin İğdır Üniversiteti və Serhat İnkişaf Agentliyinin (SERKA) təşkilatçılığı ilə "Zəngəzur Dəhlizinin Regional İnkişafda və İqtisadi Genişlənmədə Strateji Əhəmiyyəti" mövzusunda elmi konfrans keçirilib.

Bu gün İğdırda keçirilən tədbirdə adıçəkilən şəhərin valisi Hüseyin Engin Sarıibrahim, İğdır Üniversitetinin rektoru prof. dr. Mehmet Hakkı Alma, İnkişaf Agentliyi başqanı Barış Yeniçeri, Doç.dr. Elnur Hasan Mikayıl (Elnur Mikayılov) Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İstanbul Üniversitetinin rektor yardımcısı prof. dr. İlyas Topsakal, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, SERKA-nın katibi Nurullah Karaca, Türkiyə və Azərbaycandan bir çox qurumların təmsilçiləri və tələbələr iştirak ediblər.

İğdır valisi Sarıibrahim deyib ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Zəngəzur dəhlizinin açılması üçün ortaq iradəni və dəhzlizin önəmini gördük.

44 günlük Vətən müharibəsi zamanında əldə olunan zəfərdən də söz açan Sarıibrahim qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin diplomatik gedişləri və strateji mövqeləri 30 illik Qarabağ probleminin həllinə təkan verib.

Tədbirdə digər qonaqlar da çıxış edərək Azərbaycanla Türkiyənin qardaşlığından və Zəngəzur dəhlizinin önəmindən danışıblar.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}