Baş redaktor reanimasiyaya yerləşdirilib - Açıqlamalar (Yenilənib)
Tarix: 19-05-2022 14:13 | Bölmə: Xəbərlər
Baş redaktor reanimasiyaya yerləşdirilib

Tanınmış jurnalist, İstiqlal.az saytının baş redaktoru Qadir İbrahimlinin səhhətində problem yaranıb.

Reyting.az
xəbər verir ki, Q. İbrahimli dünən axşam saatlarında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun sağlıq durumu stabil-ağır kimi qiymətləndirilir.

***

Jurnalist Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir.

Reyting.az xəbər verir ki, bu barədə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib.

Onun sözlərinə görə, Q. İbrahimlinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb: “Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!”

TƏBİB-dən APA-ya verilən xəbərə görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.

***

“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir”.

Reyting.az
xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, jurnalistin yerləşdirildiyi Respublika Klinik Xəstəxanasının rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxladığını açıqlayıb: “Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.

Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümid edək ki, səhhəti düzələcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}