16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyədə meşə yanğını başlayıb - Yenilənib
Tarix: 22-06-2022 01:28 | Bölmə: Xəbərlər
Türkiyədə meşə yanğını başlayıb

Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib.

Türkiyə KİV-lərinin məlumatına görə, yanğın Marmaris rayonunda qeydə alınıb.

Bildirilir ki, yanğınla mübarizəyə canlı qüvvə və helikopterlər cəlb olunub. Daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir.

***

Muğla bölgəsinin Marmaris rayonunda başlayan meşə yanğını gecə saatlarında lokallaşdırılsa da, yenidən alovlanıb.

NTV xəbər verir ki, Bördübet məhəlləsində yanğının söndürülməsinə həm yerdən, həm də havadan müdaxilə edilir.

250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.

Yanğının qarşısının alınmasında ümumilikdə 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}