20 yaşlı şəxs göldə boğulub
Tarix: 24-06-2022 09:36 | Bölmə: Xəbərlər
20 yaşlı şəxs göldə boğulub

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A. Səlomovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu A. Səlimovun meyitini taparaq aidiyyəti üzrə təhvil verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}