10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Nensi Pelosi Tayvana səfər edib - Fotolar
Tarix: 02-08-2022 20:10 | Bölmə: Xəbərlər
Nensi Pelosi Tayvana səfər edib

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edib.

Reyting.az
CNN-ə istinadla xəbər verir ki, Pekinin xəbərdarlıqlarına baxmayaraq, N. Pelosinin təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına enib. Bu, ABŞ Nümayəndələr Palatasının rəhbərinin 25 il sonra adaya ilk səfəridir.

Səfər ABŞ-Çin əlaqələrinin ən aşağı səviyyədə olduğu bir vaxta və Bayden administrasiyasının xəbərdarlıqlarına rəğmən baş tutub.

Pelosinin Tayvana səfəri onun Asiyaya daha əvvəl elan edilən səfər proqramında əks olunmayıb. Bununla belə səfər həftələr öncədən müzakirə edilib.

Çin Pelosinin Tayvana səfərini özünün ərazi bütövlüyü və suverenliyinə təhdid kimi qiymətləndirib və ordusunun bu səfəri sakit izləməyəcəyini bildirib.

ABŞ dövlət katibi Entoni Blinken isə səfərlə bağlı qeyd edib ki, konqres hökumətin müstəqil və bərabər qoludur və müvafiq qərar spikerə məxsusdur.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}