07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
YAP-ın təşkilat sədrinin müavini yol qəzasında ölüb
Tarix: 02-08-2022 20:17 | Bölmə: Xəbərlər
YAP-ın təşkilat sədrinin müavini yol qəzasında ölüb

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Reyting.az
xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

APA-nın xəbərinə görə, qəzada ölən şəxs Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}