07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Çin lideri ABŞ-ı qınayıb, səfir isə hədələyib
Tarix: 03-08-2022 00:03 | Bölmə: Xəbərlər
Çin lideri ABŞ-ı qınayıb, səfir isə hədələyib

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini şəxsən şərh edib.

O bildirib ki, Pelosinin Tayvana səfəri imperialistlərin qeyri-sivil kampaniyasının növbəti nümayişidir: "Biz Amerika irticaçılarının bircə təxribatını belə qaçırmamaq üçün dünyaya geniş gözlə baxmağa davam edirik".

Qeyd edək ki, Çinin Mərkəzi Televiziyası da ölkə ordusunun Tayvan yaxınlığındakı təlimlərinin başlamasını əks etdirən kadrlar nümayiş etdirib.

Çinin ABŞ-dakı səfiri Tsin Qanq da rəsmi Pekinin Pelosinin səfərindən qəzəbləndiyini bildirib: "Biz cavab vermək və suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bütün mümkün tədbirləri görəcəyik və cavabımız çox qətiyyətli, ağır, güclü olacaq".

Diplomat qeyd edib ki, Pelosi Amerika hakimiyyətinin ən yüksək eşelonunu təmsil edir, buna görə də onun Tayvana səfərini adi hadisə kimi qəbul etmək olmaz.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}